"Sumqayıt" onu istəyir, futbolçu AFFA-nın qərarını gözləyir

14:49 - 11 İyun 2023

"Şamaxı"nın müdafiəçisi Rəhman Daşdəmirov komandasını dəyişmək haqda düşünür.

Sportal.az saytına verilən məlumata görə, onun xidmətində "Sumqayıt" maraqlıdır. Amma futbolçu hələ ki, bu komandaya keçməkdə tələsmir.

Buna səbəb isə yeni mövsümlə bağlı Premyer Liqada neçə və hansı komandaların mübarizə aparacağının dəqiqləşməməsidir. Belə ki, AFFA İcraiyyə Komitəsi "Şamaxı"nın yeni mövsüm birinci liqada iştirak edəcəyinə qərar verərsə, Daşdəmirovun "Sumqayıt"a keçidi rəsmiləşəcək.
 

Xəbər xətti