Braziliya millisinin kapitanı, PSJ-nin aparıcı üzvü Neymar Parisi tərk etməyə hazırlaşır.
Sportal.az "CBS Sports"a istinadən xəbər verir ki, yarımmüdafiəçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. "Əl-Hilal" Neymarı transfer etmək niyyətindədir. Artıq klub futbolçunun agenti ilə ilkin danışıq aparıb.
Ərəb klubu ona illik 200 milyon avro ödəyə biləcəyini qarşı tərəfə bildirib. Neymar özü də, Səudiyyə Ərəbistanına köçmək istəyir. Transferin gələn ay baş tutacağı gözlənilir.