Zəngilan təmsilçisi fəaliyyətini dayandırdı

21:19 - 16 İyun 2023

Region Liqasında 2022/2023 mövsümünün finalçısı "Çinar Zəngilan" fəaliyyətini dayandırıb.

Sportal.az xəbər verir ki, klub rəhbərliyi yeni mövsüm II diviziona buraxılmamalarından sonra bu qərarı verib. 

Klub 2023/2024 mövsümündə isə Region Liqasında iştirak etmək istəməyib.

Xatırladaq ki, "Çinar Zəngilan" başa çatan mövsüm finalda "Qusar"a məğlub olmuşdu.

Xəbər xətti