ABŞ Futbol Federasiyası milli komandasının baş məşqçisi Qreqq Berhalteri postuna qaytarıb.
Sportal.az xəbər verir ki, ilin əvvəlində işindən uzaqlaşdırılmış mütəxəssis 2026-cı ilə qədər vəzifəsini icra edəcək.
49 yaşlı məşqçi ailəsi ilə bağlı zorakılıqda ittiham olunduğu ötən ilin martından işindən uzaqlaşmışdı. Ancaq aparılan araşdırmalar zamanı Berhalter bəraət ala bilib.
Federasiyadan məsələ ilə bağlı belə açıqlama verib: "ABŞ Futbol Federasiyası 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək FİFA Dünya Çempionatı üçün milli komandasının baş məşqçi vəzifəsinə Qreq Berhalteri təyin edib. Təxminən 30 illik təcrübəyə malik Berhalter ABŞ futbolu tarixində dünya çempionatında futbolçu və məşqçi kimi iştirak edən ilk şəxs olacaq".
saytlarin hazirlanmasi