Cavid Hüseynov "Şamaxı"dan getdi: "Ayrılıq son deyil" - FOTO

19:37 - 17 İyun 2023

Başa çatan mövsüm Premyer Liqada mübarizə aparmış "Şamaxı" turnir cədvəlində sonuncu pillədə qərarlaşdığına görə elitanı tərk etdi və yeni mövsümdən birinci divizionda mübarizə aparacaq.

Sportal.az xəbər verir ki, Cavid Hüseynov komanda ilə yollarını ayırıb. Mövsümboyu adı köməkçi məşqçi kimi getsə də, əslində, komandaya rəhbərlik edən Hüseynov sosial şəbəkədə ayrılığı barədə yazıb: "Ayrılıq son deyil, yeni yolun başlanğıcıdır. Hər birinizə uğurlar".

Xatırladaq ki, Vüqar Əsgərli baş məşqçi postunda qalıb.

Xəbər xətti