Azərbaycanı Konfrans Liqasında təmsil edəcək "Qəbələ"də növbəti ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, Felipe Santos "qırmızı-qaralar"ı tərk edib. Braziliyalı vinger bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Azərbaycan macəram başa çatdı. İki mövsümü inanılmaz keçirdim. Ötən mövsüm 13 qol, 20 məhsuldar ötürmə ilə oynadım, ölkə kubokunun qızıl medalını qazandım".
Qeyd edək ki, Felipe Santos 2022-ci ilin yayından "Qəbələ"də çıxış edirdi. 26 yaşlı futbolçu bölgə klubunun heyətində meydana çıxdığı 43 rəsmi matçda 6 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. O, ölkəmizdə daha əvvəl "Şamaxı"da da oynayıb.
saytlarin hazirlanmasi