"Qəbələ"dən ayrılan Rövlan Muradov sosial şəbəkə hesabında paylaşım edib.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın yetirməsi olan 25 yaşlı yarımmüdafiəçi karyerasını daha da inkişaf etdirmək istədiyini bildirib:
"Əziz dostlar, bu gün 10 ildir evim kimi hiss etdiyim "Qəbələ" klubundan ayrılıram... 10 il ərzində futbol biliklərimi artırdıqca, həm də gözəl kollektivlə birgə özümü hər zaman "Qəbələ" ailəsinin bir üzvü kimi hiss etdim. Bu müddət ərzində bir çox uğurlara birgə imza atdıq. Futbol karyeramın gözəl və mənalı günlərini burada keçirdim. U-15 komandasından başlayaraq bütün məşqçilər heyətinə təşəkkür edirəm. Peşəkar futbolçu kimi yetişməyimdə "Qəbələ" klubunun danılmaz əməyi var. Lakin artıq böyümüşəm və evdən getmək vaxtıdır. Karyeramı növbəti pilləyə daşımaq, daha da inkişaf etmək və yeni uğurlarımla sizi sevindirmək üçün sevimli komandamı tərk edirəm. Bu yolda mənə dəstək olan rəhbərliyə, məşqçilər korpusuna, əziyyətimi çəkən digər İdarə Heyəti üzvlərinə, komanda yoldaşlarıma, azarkeşlərimizə dərin minnətdarlığımı bildirirəm. Hər biriniz yoluma işıq oldunuz! Yaxşı ki, yolum "Qəbələ"dən keçdi. Görüşənədək!"
saytlarin hazirlanmasi