Messi "İnter Mayami"nin heyətində bu tarixdə debüt edəcək

17:59 - 20 İyun 2023

Argentina millisinin kapitanı Lionel Messi "İnter Mayami"də debütə hazırlaşır.

Sportal.az "ESPN"ə istinadən xəbər verir ki, təcrübəli futbolçu iyulun ortalarında adıçəkilən klubda ilk oyununa çıxacaq.

İyulun 22-də "İnter Mayami"ni Meksika və ABŞ klublarının iştirak etdiyi Liqa kubokunda "Krus Asul"a qarşı matç gözləyir. Messinin məhz bu oyunda meydana çıxacağı ehtimal edilir.

Xəbər xətti