Braziliyalı yarımmüdafiəçi Felipe Santos "Qəbələ"də qalmayaraq İsrailə yollandı. Sportal.az xəbər verir ki, o, "Hapoel Hayfa"ya keçidə razılıq verib.
Yarımmüdafiəçi instaqram hesabında Azərbaycanla vidalaşıb. Santos sosial şəbəkədə bunları yazıb: "Azərbaycana səyahətim başa çatdı. Bu iki mövsümü Azərbaycan kimi inanılmaz ölkədə yaşamaq gözəl idi. Ötən mövsüm 13 qol, 20 məhsuldar ötürmə edib, ölkə kubokunu qazandım. Əvvəlcə mənə inanan və bu səyahətə başladığım “Şamaxı”ya qapılarını mənə açdığı üçün təşəkkür etmək istəyirəm. Həmçinin uğurlu oyunlarım olan “Qəbələ”yə minnətdaram".
"Palmeyras", "Ankaran", "Maribor"da oynamış Santos 2021-ci ildə "Şamaxı"ya keçmişdi. Sonradan isə futbolçu "Qəbələ" ilə anlaşmışdı.
saytlarin hazirlanmasi