Millinin baş məşqçisi postundan göndərildi

20:19 - 20 İyun 2023

Kosovo millisi baş məşqçisiz qalıb.

Sportal.az Kosovo Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, uğursuz nəticələrə görə komandanın baş məşqçisi Alen Jires postundan göndərilib. 

Federasiya rəsmiləri AVRO-2024-ün seçmə mərhələsinin üçüncü turunun Belarusla(1:2) oyunundan sonra bu qərarı verib. 

Fransalı mütəxəssis 2022-ci ilin fevralından bu millidə işləyirdi. 

Xəbər xətti