Azərbaycan Taekvondo Federasiyasının (ATF) İdarə Heyətinin növbəti iclası keçirilib.
Sportal.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda cari məsələlər müzakirə olunub.
Həmçinin, ATF-in fəaliyyətinin yüksəldilməsi və idarəetmədə səmərəliliyin artırılması məqsədilə Azərbaycan Taekvondo Federasiyasının prezidenti, İdarə Heyətinin sədri Kəmaləddin Heydərov Federasiyanın vitse-prezidentlərinin say tərkibinin artırılmasını və Səmədov Hikmət Vasif oğlunun vitse-prezident vəzifəsinə namizədliyini təklif edib.
Azərbaycan Taekvondo Federasiyasının Ümumi Yığıncağında təkliflər səsə qoyularaq qəbul edilib.
Beləliklə, H.Səmədov Azərbaycan Taekvondo Federasiyasının yeni vitse-prezidenti seçilib.
saytlarin hazirlanmasi