Uruqvay millisinin sabiq üzvü, "Qremio"nun forvardı Luis Suares aktiv futbolçu karyerasını başa vurmağı planlaşdırır.
Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, təcrübəli hücumçu zədə səbəbindən karyerasına davam etmək istəmir.
O, dizindəki problemlərə görə bu cür qərar verəcək. Onun "Qremio" ilə 2024-cü il dekabrın 31-nə qədər müqaviləsi qüvvədədir.
Suares "Ayaks", "Liverpul", "Barselona", "Atletiko" kimi klublarda oynayıb.
saytlarin hazirlanmasi