"Dinamo" (Minsk, Belarus) və "Jelezniçar" (Bosniya və Herseqovina) klubları arasında Konfrans Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu Bakıda keçiriləcək.
Sportal.az xəbər verir ki, qarşılaşma iyulun 20-də “Azərsun Arena” stadionunda baş tutacaq.
İlk oyun iyulun 13-də Bosniya və Herseqovinada keçiriləcək.
Xatırladaq ki, bu cütün qalibi Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Neftçi” ilə üz-üzə gələcək. Həmin mərhələnin oyunları iyulun 27-də və avqustun 3-də oynanılacaq.