Portuqaliyanın Odivelas şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatına start verilib.
Sportal.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın iki idmançısı qızıl, bir idmançısı bürünc medalın sahibi olub.
Belə ki, 55 kq-da mübarizə aparan Mirxaliq İskəndərov və 50 kq-da Məhəmməd Məmişov Avropa çempionu adını qazanıblar.
Əhməd Rüstəmov (55 kq) isə bürünc medal əldə edib.
saytlarin hazirlanmasi