Azərbaycan Polşada davam edən III Avropa Oyunlarında ilk qızıl medalını qazanıb.
Sportal.az xəbər verir ki, karate üzrə yığma komandamızın üzvü, 67 kq çəki dərəcəsində çıxış edən Tural Ağazadə finalda yunanıstanlı Dionisios Ksenosdan üstün olub.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. Azərbaycan Polşadakı yarışda 13 müxtəlif idman növündə 86 idmançı ilə təmsil olunur.
saytlarin hazirlanmasi