Şimali İrlandiyanın "Linfild" klubunun sabiq qapıçısı Roan Ferqyuson Avropa Liqasının 2019/20-ci il mövsümünün təsnifat mərhələsinin pley-off mərhələsində "Qarabağ"a qarşı keçirilmiş oyunları xatırlayıb.
Sportal.az xəbər verir ki, "Belfast Telegraph"a danışan qolkiper Ağdam klubuna Bakıdakı məğlubiyyəti də şərh edib:
"Linfild"də çıxış etdiyim vaxtda Avropa Liqasının təsnifat mərhələsində "Qarabağ"la oyundakı qələbə gözəl xatirə kimi qaldı. Bu, keçirdiyim ən gözəl gecələrdən biri idi. Bakıdakı səfər matçında ab-hava tamam başqa oldu. Təəssüf ki, həmin vaxt qrup mərhələsinə düşə bilmədik".
Xatırladaq ki, "Qarabağ" səfərdə rəqibinə 2:3 uduzsa da, Bakıda 2:1 qalib gələrək qrup mərhələsinə vəsiqə qazanmışdı.
saytlarin hazirlanmasi