Azərbaycanın qadın karateçisi İrina Zaretska Krakovda keçirilən III Avropa Oyunlarının qızıl medalına sahib çıxıb.
Sportal.az xəbər verir ki, finalda isveçrəli Yelena Kuiriçə qalib gələn (4:1) Avropa və dünya çempionumuz bununla da, sayca üçüncü dəfə keçirilən turnirdə ikinci dəfə qızıl medal qazanmış olub.
Belə ki, o, "Bakı-2015"də də birinci yerə çıxmışdı. 2019-cu ildə Belarusdakı Avropa Oyunlarında isə gümüş medalla kifayətlənmişdi. İrina Azərbaycan idmançılarının III Avropa Oyunlarında 2-cı qızıl medalını təmin edib. Daha əvvəl Tural Ağalarzadə (67 kq) çempion olmuşdu.
saytlarin hazirlanmasi