"Əl-Hilal" tanınmış məşqçi ilə danışıq aparır

18:35 - 24 İyun 2023

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu baş məşqçi axtarışını davam etdirir.

Sportal.az "The Sun"a istinadən xəbər verir kİ, ərəblər Paulo Fonseka ilə danışıqlar aparır. Onlar baş məşqçi postunu adıçəkilən mütəxəssisə tapşırmaq niyyətindədir.

Klub rəhbərliyi 50 yaşlı portuqaliyalının oyun tərzini bəyəndiyindən və onlara titullar gətirə biləcək məşqçi kimi görürlər. Fonsekaya cəlbedici təklif edilib. “Əl-Hilal” Fonseka ilə yanaşı, məxsus olduğu “Lill”lə də danışıq aparır.  

50 yaşlı məşqçi “Porto”, “Şaxtyor”, “Roma” klublarında işləyib. O, 2022-ci ildən "Lill"ə rəhbərlik edir. 

Xəbər xətti