"Zenit"in müdafiəçisi Dmitri Çistyakov "Neftçi", "Fənərbaxça" və "Srvena Zvezda" klublarının da iştirak edəcəyi "Matç TV Kuboku" turniri ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, "Спорт день за днем"a danışan 29 yaşlı rusiyalı futbolçu bunları deyib:
"Fənərbaxça", "Neftçi" və "Srvena Zvezda" yaxşı rəqibdir. Ona görə də turnirin təşkili çox gözəl təşəbbüsdür. Rusiya Premyer Liqasının və ya birinci divizion komandaları ilə oynamaqdan daha yaxşıdır. Çünki biz onlarla çempionatda tez-tez oynayırıq, bir-birimizi yaxşı tanıyırıq. Biz xarici klublarla tez-tez oynamırıq. Beynəlxalq matçlarımız azdır. Ona görə də turnir yaxşı fikirdir. Daha çox Türkiyə komandası ilə oyunu səbirsizliklə gözləyirəm".
Turnir iyulun 1-dən 15-dək Rusiyanın Sankt-Peteburq şəhərində keçiriləcək.
saytlarin hazirlanmasi