Azərbaycan millisi və "Neftçi" uduzdu

13:36 - 24 İyun 2023

3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisi və "Neftçi" Fransanın Orlean şəhərində baş tutmuş Dünya Qadınlar Seriyasının növbəti mərhələsində uğursuzluqla yadda qalıb. 

Sportal.az xəbər verir ki, C qrupunda mübarizə aparan milli ABŞ-a 7:21 hesabı ilə uduzub. İkinci qarşılaşmada isə yığmamız "Yuanda"ya (Çin) 14:21 məğlub olub.

A qrupunda yer alan "Şuşa mərhələsi"nin qalibi "Neftçi" isə ilk görüşündə Kanada ilə bacarmayıb - 17:21. "Ağ-qaralar" sonradan İtaliyaya 14:16 uduzub.

Xəbər xətti