Rafael Ağayev "Karate Combat"da növbəti qələbəsini qazandı

11:51 - 25 İyun 2023

Azərbaycanın və "Qəbələ" İdman Klubunun karateçisi Rafael Ağayev "Karate Combat" turnirində növbəti döyüşünü keçirib. 

Sportal.az xəbər verir ki, təcrübəli idmançı Florida ştatının Mayami şəhərində keçirilən turnirdə ABŞ-dan olan Coş Kuayhagenlə üz-üzə gəlib. 

Ağayev rəqibini məğlub etməyi bacarıb. Təmsilçimiz bundan əvvəlki dörd döyüşünü də qalib başa vurub.

Xəbər xətti