Orxan Məmmədov "Alanyaspor"un prezidenti və "Rubin"in direktoru ilə görüşdü

14:40 - 25 İyun 2023

"Zirə"nin Müşahidə Şurasının sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Türkiyənin “Alanyaspor” klubunun prezidenti Hasan Çavuşoğlu və Rusiyanın “Rubin” klubunun direktoru Şamil Xusnutdinovla görüşüb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki klub rəhbəri ilə görüşdə futbolla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin yeni layihələr və klublar arasında əməkdaşlıq perspektivləri də müzakirə edilib. 

Xəbər xətti