Argentinalı futbolçu Lionel Messi PSJ-də ötən mövsüm ondan gözləniləni nəyə görə verə bilmədiyini açıqlayıb.
Sportal.az xəbər verir ki, "RMC Sport"a danışan təcrübəli futbolçu əvvəlki kimi oynamasının mümkün olmadığı olmadığını etiraf edib:
"Bir neçə il əvvəl "Barselona"dakı Messi deyiləm. Parisdəki ilk ilim bir neçə səbəbdən çox çətin keçdi. Başa çatan mövsümdə dünya çempionatı futbolçuların performansında önəmli rol oynadı. Çünki mundial mövsümün ortasında oldu. Bu, hər kəs üçün xüsusi bir il idi. Bəziləri klubun düşərgəsinə digərlərindən daha gec qayıtdı, bəziləri tətilə çox önəm verdi, bəziləri isə zədələndi. Yəni, oyun planlarımızı dəyişdi, hazırlıqlarımız da həmçinin. Çox vacib oyunçular zədələndi. Neymar da millidə zədələnmişdi. Bütün bunların hamısı bir-birinə bağlıdır və oyunumuza təsirsiz ötüşmürdü".
Messi Fransa Liqa 1-in 38-ci turunun PSJ - "Klermon" görüşündə meydana Paris klubunda sonuncu oyununu keçirmiş olub. O, azad agent kimi "İnter Mayami"yə keçəcək.
saytlarin hazirlanmasi