AFFA U-15 Liqasının 2022/2023-cü illər mövsümünə yekun vurulub.
Sportal.az xəbər verir ki, ASCO Arenada keçirilmiş final görüşündə “Sabah” “Neftçi” ilə üz-üzə gəlib.
Finalda rəqibini 1:0 hesabı ilə məğlub edən “Sabah” liqanın qalibi olub. Üçüncü yer uğrunda oyunda isə “Zirə” “Araz Naxçıvan” üzərində 6:0 hesablı qələbə qazanıb.
“Sabah”ın üzvü İslam Həsənov 76 qolla liqanın ən məhsuldar oyunçusu adını qazanıb. "Neftçi"nin futbolçusu Elvin Vəliyev isə AFFA U-15 Liqasının ən yaxşı oyunçusu seçilib və xüsusi hədiyyə ilə mükafatlandırılıb.
saytlarin hazirlanmasi