FIFA Klublararası dünya çempionatının keçiriləcəyi ölkənin adı açıqlanıb.
Sportal.az xəbər verir ki, ev sahibliyi Səudiyyə Ərəbistanına verilib. Turnir dekabrın 11-22-i aralığında Ciddə şəhərində keçiriləcək.
Adıçəkilən yarışda "Mançester Siti" (İngiltərə), "Urava Red Daymonds" (Yaponiya), "Əl-Əhli" (Misir), "Leon" (Meksika), "Oklend Siti" (Yeni Zelandiya), "Əl-İttihad" (Səudiyyə Ərəbistanı) klubları və Libertadores kubokunun qalibi iştirak edəcək.
saytlarin hazirlanmasi