Tanınmış futbol adamı ilk dəfə baş məşqçi təyin edildi

21:50 - 26 İyun 2023

"Makkabi"nin (Təl-Əviv) yeni baş məşqçisinin adı açıqlanıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İsrail klubunun rəhbərliyi Robbi Kinlə anlaşıb.

42 yaşlı məşqçi ilə iki illik müqavilə imzalanıb. İrlandiyalı ilk dəfə baş məşqçi kimi çalışacaq. Veteran futbolçu "Middlsbro", "Lids"də köməkçi məşqçi funksiyasını yerinə yetirib.

Xəbər xətti