"İnter Mayami"nin sahibi Devid Bekhem Xerardo Martinonun baş məşqçi təyin olunmasına münasibət bildirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tanınmış futbol adamı 60 yaşlı mütəxəssis haqda bunları deyib:
"Martino futbol sferasında çox hörmətli şəxsdir və onun keçmişi öz sözünü deyir. Əminik ki, qazandığı nailiyyətlər və baş məşqçi kimi təcrübəsi komandamızı ruhlandıracaq, azarkeşlərimizi sevindirəcək. Onun meydanda və meydandan kənarda göstərəcəyi təsirləri səbirsizliklə gözləyirik".
Argentinalı məşqçilik karyerası ərzində Argentina və Paraqvay klubları ilə işləməyi bacarıb. “Barselona” ilə 2013-cü ildə İspaniya Superkubokunu qazanıb, 2018-ci ildə “Atlanta Yunayted”lə MLS çempionluğuna sahib çıxıb və eyni zamanda ilin məşqçisi seçilib.
saytlarin hazirlanmasi