Avstraliya millisinin və "Mançester Siti"nin sabiq futbolçusu Aaron Muy karyerası ilə bağlı yekun qərarını verib.
Sportal.az xəbər verir ki, avstraliyalı futbolçu karyerasına başa vurub. "Bolton", "Sent-Mirren", "Melburn Siti", "Brayton", "Haddersfild"də də oynamış yarımmüdafiəçi 2022-ci ildən "Seltik"də çıxış edirdi.
32 yaşlı yarımmüdafiəçiyə bir neçə klubdan təklif gəlsə də, o, qərarını dəyişməyib.
saytlarin hazirlanmasi