Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubu "Sevilya"nın qapıçısı Yasin Bono ilə maraqlanır.
Sportal.az "AS"a istinadən xəbər verir ki, ərəblər mərakeşlini zədəli David Ospinaya əvəzləyici kimi heyətə qatmağı planlaşdırır.
Kriştiano Ronaldonun formasını geyindiyi klub başa çatan mövsümdə Səudiyyə Ərəbistanı liqasını ikinci pillədə başa vurub.
Bononu transfer edərək qapı xəttini gücləndirmək istəyən ərəblər gələn cavabdan heç də xoşbəxt olmayıb. Belə ki, Mərakeş millisinin qolkiperi Avropada qalmaq niyyətində olduğunu deyib. Lakin "Əl-Nəsr" ikinci və daha cəlbedici təkliflə qapıçının qarşısına çıxmaq istəyir.
32 yaşlı qolkiper “Vidad Kasablanka”, “Atletiko”, “Saraqosa”, “Jirona”da oynadıqdan sonra 2020-ci ildə “Sevilya”nın yolunu tutmuşdu.
saytlarin hazirlanmasi