Ukraynanın millisinin və "Şaxtyor"un (Donetsk) qolkiperi Andrey Pyatov aktiv futbolçu karyerasını başa vurmaq qərarına gəlib.
Sportal.az xəbər verir ki, bu barədə Ukrayna klubunun rəsmi saytı məlumat verib.
39 yaşlı qapıçıya "Şaxtyor"dan yeni müqavilə təklif edilsə də, o, qərarını dəyişməyib. Avqustun 6-da "Tottenhem"ə qarşı matçda Pyatov karyerasını rəsmən başa vuracaq.
O, 2007-ci ildən Ukrayna nəhənginin qapısını qoruyurdu.
saytlarin hazirlanmasi