Avropa çempionatında final: İspaniya İngiltərə ilə qarşılaşacaq

09:01 - 6 İyul 2023

U-21 yığmaları arasında keçirilən Avropa çempionatında finalçılar müəyyənləşib. 

Sportal.az xəbər verir ki, İspaniya və İngiltərə yığmaları həlledici matçda üz-üzə gələcək. İngiltərə İsraili 3:0, İspaniya isə Ukrayanı 5:1 məğlub edib.

İsrail və Ukrayna isə 3-cü yer uğrunda mübarizə aparacaq.

Final matçı iyulun 8-də Batumidə keçiriləcək.

Xəbər xətti