"Qalatasaray"ın sabiq forvardı Haris Seferoviç karyerasını BƏƏ-də davam etdirəcək.
Sportal.az xəbər verir ki, isveçrəli “Əl-Vasl”la anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Benfika”, “Ayntraxt”(Frankfurt), “Real Sosyedad”, “Selta”, “Fiorentina” klublarında oynamış 31 yaşlı forvard 2025-ci il iyunun 30-na qədər “Əl-Vasl”a məxsus olacaq.
saytlarin hazirlanmasi