İsveçin "Yurqorden" klubunun məşqçisi Huqo Berqren Musa Qurbanlı ilə müqavilə imzalamasına münasibət bildirib.
Sportal.az xəbər verir ki, "SvenskaFans.com"a danışan İsveç klubunun məşqçisi azərbaycanlı forvardı hansı oyunda gördüklərini və ondan gözləntilərini söyləyib:
"Musanı Konfrans Liqasının “Gent”lə oyununda gördüm. Sonra onun agenti ilə əlaqə saxladım. Bu cür bacarıqlı futbolçu ilə müqavilə imzalamaq xoşdur. O, ötən mövsüm “Lex”, “Ferentsvaroş”, “Nant”, “Gent”, “Olimpiakos” kimi böyük komandalara qarşı parlayan klubdan gəlib. Deməli, “Qarabağ” çox yaxşı komandadır və Musa orada zaman keçdikcə daha çox oynayırdı. Musada bizi ən çox təəccübləndirən onun boksda olan hərəkət tərzidir. O, hər zaman qapıçının topu itirməsi və ya müdafiəçinin yıxılması üçün gözləmədədir. Qurbanlı daim belə asan hədəflər axtarır və daim hərəkətdədir. Şansını əldən verməmək və qol vurmaq üçün tələsir. Diz, baş, sağ və ya sol ayaqı fərqi yoxdur, onun təhlükəli anın ortasında olması, qol vurması əsas hədəfidir.
Hücumçunun məşqimizə nə vaxt qoşula biləcəyi hələ ki, bəlli deyil. Futbolçu hazırda bəzi işlərini həll etmək üçün Azərbaycandadır. Ancaq ümid edirik ki, Musa “Malmö” ilə matçda bizimlə olacaq və öz töhfəsini verəcək. “Malmö” ilə oyuna bir neçə gün qalmış onu İsveçə gətirmək üçün çox çalışırıq. Bizim istədiyimiz budur. Sonda necə olacağını görəcəyik".
Mirbağırağa