"Spartak"ın əfsanəvi futbolçusu Andrey Tixonov "Matç TV” turnirində "Neftçi" və "Srvena Zvezda" arasında keçiriləcək qarşılaşmadan gözləntilərini bölüşüb.
Sportal.az xəbər verir ki, “Sport Ekspress”ə açıqlama verən rusiyalı bu gün keçiriləcək matçda serblərin favorit olduğunu deyib:
"Tərəflər bu oyuna qədər fərqli nəticələrlə üzləşib. Serblər “Zenit” üzərində qələbə qazanıb, bakılılar isə onlara uduzub. Belqrad komandası sürətli, hücum futbolunu sevir. Əminəm ki, “Srvena Zvezda” “Neftçi” ilə görüşdə də hücum futboluna üstünlük verəcək. “Neftçi”ni çətin oyun gözləyir. Qrupun favoritindən üç xalı götürən serblər liderliyini möhkəmləndirməkdən heç də çəkinməyəcəklər. Bununla belə, “Neftçi” də irəli gedəcək, ona görə düşünürəm ki, hər iki komanda qol vuracaq. Təbii ki, “Srvena Zvezda” qalib gəlməyə daha əzmlidir, lakin heç-heçəni də istisna etmək olmaz".
Mirbağırağa