Yığmamız Lüksemburqa da uduzdu

15:31 - 14 İyul 2023

Şimali Makedoniyanın Skopye şəhərində U-20 yığmaları arasında basketbol üzrə Avropa çempionatının B divizionun oyunları davam edir.

Sportal.az xəbər verir ki, Azərbaycan yığması 17-20-ci yerlər uğrunda oyuna çıxıb. Anar Sarıyevin rəhbərlik etdiyi kollektiv Lüksemburqa uduzub.

Lüksemburq(U20) – Azərbaycan (U-20) 78:63

Yığmamızdan bundan əvvəl İsveçə(50:102), Ukrayna (49:83), Kosovo (71:75) və Gürcüstan (66:81) yığmasına uduzub.

Xəbər xətti