"Qəbələ"nin potensial rəqiblərinin oyununda danimarkalılar sevindi

10:18 - 27 İyul 2023

Avropa Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları keçirilir.

Sportal.az xəbər verir ki, növbəti raundda "Qəbələ"nin potensial rəqibləri olan "Midtullan" və "Proqres" Danimarkada üz-üzə gəliblər. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Qəbələ" "Omoniya" səddini keçsə, III təsnifat mərhələsində "Midtullan" - "Proqres" cütünün qalibi ilə üz-üzə gələcək.

Xəbər xətti