"Qəbələ"nin oyununa biletlər tükənir

11:23 - 27 İyul 2023

"Qəbələ" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Omoniya"nı qəbul edir.

Sportal.az xəbər verir ki, Kipr klubu ilə qarşılaşmaya bilet satışı davam edir. Saytımıza verilən məlumata görə, bu ana kimi satışa çıxarılan 1700 biletdən 1400-ü artıq satılıb. 300 bilet isə sahibini gözləyir.

Qeyd edək ki, "Qəbələ" - "Omoniya" matçı bu gün saat 20:00-da Qəbələ Şəhər Stadionunda baş tutacaq.

Xəbər xətti