"Omoniya" - "Qəbələ" matçı bu kanalda

19:26 - 1 Avqust 2023

"Qəbələ"nin Konfrans Liqası II təsnifat mərhələsində "Omoniya" ilə keçirəcəyi cavab görüşünü canlı yayımlayacaq kanal müəyyənləşib.

Sportal.az xəbər verir ki, Kiprdə baş tutacaq qarşılaşma "İdman TV" vasitəsilə tamaşaçılara canlı olaraq nümayiş etdiriləcək.

Qeyd edək ki, "Omoniya" - "Qəbələ" matçı 3 avqust tarixində Bakı vaxtilə saat 21:00-da start götürəcək. Komandalar arasında Qəbələdə keçirilən ilk oyun kiprlilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti