İtaliyanın Alqero şəhərində Avropa Çimərlik Futbolu Liqasının Superfinalı davam edir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisi ikinci qrup mərhələsində Fransaya 3:9 (1:5, 1:2, 1:2) hesabı ilə uduzub.
Yığmamızın qollarını Tural Qürbətov və Elşad Manafov (2) vurub.
Millimizii daha sonra Moldova və Yunanıstanla matçlar gözləyir. Bundan əvvəl Azərbaycan Türkiyəni (5:5, penaltilərdə 3:1) məğlub edib, Rumıniya (2:4) və İsveçrəyə (7:8) uduzub.
saytlarin hazirlanmasi