"Qəbələ"nin UEFA Gənclər Liqasının "Puşkaş Akademiyası" ilə keçirəcəyi cavab matçının təyinatları açıqlanıb.
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Macarıstanda baş tutacaq qarşılaşmanı Norveçdən olan hakimlər briqadasına tapşırılıb.
Oyunun baş hakimi Məhəmməd Usman Aslam olacaq. Ona Tom Harald Qronevik və Yorgen Ronninq Valstadsve laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını macarıstanlı Marton Rusz yerinə yetirəcək.
Qeyd edək ki, "Puşkaş Akademiya" - "Qəbələ" görüşü 25 oktyabr tarixində baş tutacaq. Komandalar arasında Qəbələdə keçirilmiş ilk oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.
saytlarin hazirlanmasi