Elmar Baxşıyev: "Son nöqtəni qoya bilmirik"

18:18 - 29 Oktyabr 2023

"Qəbələ" Azərbaycan Premyer Liqasının 11-ci turunda səfərdə "Sumqayıt"la 0:0 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

- Bilirdik ki, çətin oyun bizi gözləyir. "Sumqayıt" bu mövsün yaxşı oyunu ilə seçilən komandalardandır. Matç göstərdi ki, hər iki komanda bir-birinə layiq idi. "Sumqayıt" da uda bilərdi, biz də. Düşünürəm ki, oyunun ədalətli nəticə heç-heçə idi. Komandam meydanda istədiyim bəzi elementləri verməyə çalışır. Ola bilər ki, nəticəyə çatmırıq, amma oyun planında daha da inkişaf edə bilərik.

- Qələbə üçün nə çatmadı?

- Qol çatmadı. Hücumların sayı çoxdur. Tək bu oyunda yox. Son 6-7 matça nəzər yetirsək, bəlkə də çempionatda hamıdan çox hücumdayıq, sadəcə son nöqtəni qoya bilmirik. Lakin ümid edirik ki, onun da vaxtı gələcək, onu da düzəldəcəyik. 

- "Səbail" və "Sumqayıt" qapınız qarşısında daha çox qol epizodu yaradır. Bunun səbəbini nədə görürsüz?

- "Səbail"lə hansı oyuna baxmısız? Bu mövsümü deyirsiz? Həmin görüşdə 18 hücum bizdə olub, bir dəfə rəqibdə. "Səbail" bir hücum edib, 90+5-ci dəqiqədə, onu da vurublar. Bu mövsümkü oyun tam üstünlüyümüzlə keçib. Sadəcə son dəqiqədəki qolla uduzmuşuq.

Mirbağırağa

Xəbər xətti