"Qəbələ"nin sabiq futbolçusu Ermin Zeç peşəkar karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, 35 yaşlı vinger ilk peşəkar klubu olan "İskra"dan iş təklifi alıb. Təcrübəli ön xətt oyunçusu Bosniya və Herseqovina təmsilçisinin rəhbərliyində yer alacaq.
Qeyd edək ki, Ermin Zeç 2015/2016-cı il mövsümünü "Qəbələ"də keçirib. O, "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı 32 rəsmi matçda 7 qol vurub.
saytlarin hazirlanmasi