İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Cud Bellingem sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti məlumat verib.
20 yaşlı futbolçu La Liqanın 12-ci turunun "Rayo Valyekano" ilə matçında (0:0) çiynindən zədə alıb. Onun son durumu tibbi müayinədən sonra bəlli olacaq.
Qeyd edək ki, "Real" Cud Bellingem"i mövsümün əvvəlində Dortmund "Borussiya"sından transfer edib. İngiltərə millisinin üzvü "kral klubu"nun heyətində meydana çıxdığı 14 rəsmi matçda 13 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi