İtaliyanın "İnter" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Milan təmsilçisinin müdafiəçisi Benjamin Pavar sıradan çıxıb.
Fransalı arxa xətt oyunçusu A Seriyasının 11-ci turunun "Atalanta" ilə oyununda zədələnib. 27 yaşlı mərkəz müdafiəçisi 6-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "İnter" Benjamin Pavarı mövsümün əvvəlində "Bavariya"dan transfer edib. Fransalı futbolçu komandanın heyətində 10 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi