"Göygöl" - "Şəmkir" matçında 10 qol - VİDEO

19:27 - 14 Noyabr 2023

Futbol üzrə Azərbaycan II Liqasında XI tura yekun vurulub.

Sportal.az xəbər verir ki, "Göygöl" öz meydanında "Şəmkir"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 8:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 22-yə yüksəldən "Göygöl" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 3 xalı olan "Şəmkir" isə sonuncu yerdədir.

Göygöl" - "Şəmkir" 8:2
Qollar: 
Vüqar Əşrəfli, 4, 7, 40, 69, 76, Fərid Məmmədov, 72 (pen). İntiqam Tağıyev, 83, Kərəm Əhmədli, 84 (avtoqol) - Elgün Namazov, 23, Ülfət Vəliyev, 58

Xəbər xətti