Avro-2024-ün seçmə mərhələsində millimizin rəqibi olan Belçika seçməsi Serbiya ilə yoldaşlıq oyunu keçirib.
Sportal.az xəbər verir ki, qarşılaşma "qırmızı şeytanlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Belçika yığmasının futbolçusu Artur Vermeeren matçdan sonra açıqlama verib. 18 yaşlı yarımmüdafiəçi qrupu ilk pillədə başa vurmaq istədiklərini deyib:
"Qrupu birinci pillədə başa vurmaq üçün qalib gəlmək istəyirik. Serbiya ilə matç bazar günü Azərbaycanla keçirəcəyimiz qarşılaşma üçün yaxşı hazırlıq idi".
Qeyd edək ki, Belçika - Azərbaycan görüşü 19 noyabr tarixində baş tutacaq.
saytlarin hazirlanmasi