Fransa millisi rekordu ələ keçirdi

14:34 - 19 Noyabr 2023

Fransa millisi AVRO-2024-ün seçmə mərhələsində Cəbəllütariq yığmasını 14:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, əvvəllər heç bir komanda Avropa çempionatının təsnifat mərhələlərində 14 top fərqi ilə qələbə qazana bilməmişdi.

Fransa hazırda bu rekordun mütləq sahibidir.

Bundan əvvəl isə rekord 2006-cı ildə San Marinoya 13:0 qalib gələn Almaniya millisinə məxsus idi.

Yeri gəlmişkən onu da qeyd edək ki, Fransa 1967-ci ildən sonra bir matçda 14 qol vuran ilk UEFA üzvü olub. Əvvəlki illərdə Danimarka yoldaşlıq görüşündə İslandiyaya 14:2 qalib gəlmişdi.

Xəbər xətti