Belçika millisinin hücumçusu Romelu Lukaku RTBF-yə açıqlama verib.
Sportal.az xəbər verir ki, təcrübəli hücumçu AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycana qarşı keçirilmiş matçı (5:0) haqda danışıb:
"Bu, xüsusi bir şeydir. Oğlumun da doğum günü idi. Hər şeyin necə edildiyini nəzərə alsaq, açıq-aydın komanda adına üçün xoşbəxtəm. Yaxşı oynadıq. Çalışıram ki, gənc futbolçulara güvən verim. Onların mentaliteti var. Biz bunu davam etdirməliyik. Düşünürəm ki, daha da irəli gedə bilərik".
Qeyd edək ki, Lukaku Azərbaycanla görüşdə pokerə imza atıb.
saytlarin hazirlanmasi