Bölgə təmsilçisi Avropa Klublar Birliyinə üzv oldu

17:30 - 20 Noyabr 2023

"İmişli" Avropa Klublar Birliyinə (UEC) üzv olub.

Sportal.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə keçirilən Avropa Klublar Birliyinin (UEC) İdarə Heyətinin üzvü Dennis Gudasiclə görüşdən sonra klubun bu quruma müraciəti müsbət qarşılanaraq Avropa Klublar Birliyinə (UEC ) üzv kimi qəbul edilib.

UEC-in əsas missiyası Avropa futbolunda inkişaf etməkdə olan klubların mövqeyinin FIFA, UEFA və digər qurumlara təsir gücünü artırmaqdır.

Bu quruma üzv olmaqda məqsəd Avropa klubları ilə əməkdaşlıq əlaqələrinin qurulması, klubun inkişaf strategiyasının daha dayanıqlı və uzunmüddətli olmasına xidmət etməkdir.

Xəbər xətti