"Ukrayna ilə görüşdə ən yaxşı oyunumuzu oynamağa çalışacağıq. Əlbəttə ki, bu görüşdə qalib gəlmək istəyirik. Bunun üçün var gücümüzü meydanda qoyacağıq. Amma bərabərlik də yaxşı nəticə olardı. Hər halda, Ukrayna hazırda turnir cədvəlinin lideridir".
Bu sözləri Sportal.az saytına açıqlamasında U-21 yığmamızın üzvü Ramin Nəsirli deyib.
O, bu gün AVRO-2025-in seçmə mərhələsinin İspaniyada Ukraynaya qarşı keçiriləcək matçdan gözləntilərini açıqlayıb. Bununla yanaşı, Nəsirli Bakıda Latviya ilə keçirilmiş yoxlama görüşündə qazanılmış qələbə haqda fikirlərini söyləyib:
"Latviyaya qarşı yaxşı oyun alındı. Ukrayna ilə matçöncəsi qalib gəlmək yerinə düşdü. Ümid edirəm ki, İspaniyadan da qələbə ilə Bakıya qayıdacağıq".
Mirbağırağa
saytlarin hazirlanmasi